Qürur Ayı, interseks, transgöyqurşağı bayraqlarını nümayiş etdirir.

GNOME üçün tətbiqlər

GNOME ekosistemindəki ən yaxşı tətbiqləri kəşf edin və iştirak etməyi öyrənin.

Bu seçilmiş icmalda nümayiş olunan tətbiqlər hamısı GNOME fəlsəfəsi nəzərə alınaraq hazırlanıb. Onlar asan başa düşülən və istifadəsi sadədir, ardıcıl və cilalanmış dizayna malikdir, həmçinin təfərrüatlara xüsusi diqqət yetirir. Təbii ki, onlar pulsuz proqramdırqonaqpərvər və dostluq icmasının bir hissəsi olmağı öhdəsinə götürüb. Bu tətbiqlər sizin GNOME masaüstünüz ilə mükəmməl inteqrasiya edəcək.

Tətbiq mobil cihazları dəstəkləyir GNOME mobil cihazlarında dəstəklənən tətbiqlər mobil simvolu ilə işarələnib.

Əsas Tətbiqlər

GNOME Əsas tətbiqləri GNOME masaüstündəki adi tapşırıqları əhatə edir. Onlar adətən GNOME sisteminizdə əvvəlcədən quraşdırılıb.

GNOME Dairə Tətbiqləri

GNOME Dairə, GNOME ekosistemini genişləndirən tətbiqləri ehtiva edir. Bu, GNOME platforması üçün mövcud olan əla əlavə proqramları dəstəkləyir. GNOME Dairə haqqında daha çox öyrənin.

İnkişaf Alətləri

GNOME İnkişaf alətləri yeni tətbiqləri inkişaf etdirməyə və dizayn etməyə kömək edir, həmçinin mövcud tətbiqlərə töhfə verməyi asanlaşdırır.

Dil seçin